18 oktyabr- Müstəqilliyin bərpası günüdür!

18 oktyabr- Müstəqilliyin bərpası günüdür!
Bu gün oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32-ci ili tamam olur.
Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Azərbaycan xalqı 1991-ci ildən sonra üçüncü dəfədir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
18 oktyabr Müstəqilliyin bərpası günü münasibətilə Yavər müəllimə 4"a" sinfində maarifləndirici dərs keçirilmiş, şagirdlərə bu tarixi gün haqqında ətraflı məlumat verilmişdir.Məktəb rəhbərliyi də tədbirdə iştirak etmişdir.