Gənc müəllimlərlə işin təşkili

Gənc müəllimlərlə işin təşkili
2023-2024-cü tədris ilində təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova tərəfindən gənc müəllimlərlə metodiki işin təşkili mövzusunda 29.09.2023-cü ildə pedaqoji fəaliyyəti 3 il olan gənc müəllimlər Muxtarova Şölə, Kərimova Ulduz, Nəsibli Fidan və Hacıyeva Gözəl ilə dəyirmi masa təşkil olundu. Müzakirə zamanı müəllimlərin tədris prosesi zamanı üzləşdiyi çətinliklərdən,təkmilləşmək istıdikləri mövzulardan danışıldı. Müəllimlərə müasir təlim metodlarından tədrisdə istifadə qaydaları izah olundu,metodiki göstərişlər barədə izahlar verildi. Şagirdlərin dərsə cəlb olunması,onlarda maraq yaratmaq,yaradıcı tətbiqetmə fəaliyyətləri,müasir İkt resurslarından öyrədici tapşırıqlar hazırlamaq və tədrisdə istifadə etmək istiqamətində tapşırıqlar verildi.
Müəllimlərin dərslərində dərsdinləmələr təşkil olundu. Dərsə uyğun düzgün təlim strategiyalarının seçilməsi istiqamətində işlər aparıldı,tövsiyələr olundu.Gənc müəllimlərlə metodikin işin aparılması bütün tədris ili ərzində nəzərdə tutulmuşdur