Metodbirləşmə iclası keçirildi

Metodbirləşmə iclası keçirildi

Məktəbin Fəaliyyət planının uyğun olaraq məktəb rəhbərliyinin və fənn metodbirləşmə sədrlərinin iştirakı ilə məktəbin ibtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirildi. Metodbirləşmə iclasında İllik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunuldu. Həmçinin, ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi