26 noyabr Azərbaycan Kəlağayısı Günüdür!

26 noyabr Azərbaycan Kəlağayısı Günüdür!
Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür.Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.Bu məqsədlə Məmmədova Leyla müəllimənin təşkilatçılığı ilə 3"c" sinfində Azərbaycan Kəlağayısı Günü ilə əlaqədar tədbir təşkil olundu.Tədbirdə şagirdlər qədim baş örtüyü kəlağayı haqqında ətraflı məlumat verib,rəqs nümayiş etdirdilər.