Zəfər tarixi

“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə əsasən məktəbin akt zalında "Zəfər konfransı" keçirilmişdir. “Zəfər tarixi”fənnini tədris edən müəllimlər, 8 və 9-cu sinif şagirdləri və məktəb rəhbərliyinin iştirakı ilə baş tutan "Zəfər tariximiz" adlı konfransın keçirilməsində əsas məqsəd təhsilalanların Zəfər tariximiz barədə məlumatlandırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsindən ibarət idi. Dövlət himninin səslənməsi ilə başlayan konfransın ardınca, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Təhsilalanların Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə təşkil olunan konfransı giriş sözü məktəbin direktoru Elnur Hüseynov açdı. Konfrans 8 və 9sinif şagirdlərinin ifasında qələbəyə həsr olunmuş məqalələrin dinlənilməsi ilə yekunlaşdı.