Pedaqoji şuranın iclası keçirildi

Pedaqoji şuranın iclası keçirildi.
Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq noyabrın 18-də 2022/2023-cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirild. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması,tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunuldu. Həmçinin, 9- cu siniflərin monitorinq nəticələri müzakirə olundu.İclasda bununla yanaşı məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar,məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirə olundu.