FMO beynəlxalq Riyaziyyat olimpiadasının mükafatlandırma mərasimi keçirildi

Bu gün FMO beynəlxalq Riyaziyyat olimpiadasının Bakı Gənclər Mərkəzində mükafatlandırma mərasimi keçirildi.3 b STS şagirdlərindən Məmmədzadə Rəsul gümüş(58 bal),Cəfərli Ümid gümüş(53 bal),Mehdizadə Əlihüseyn bürünc(49 bal) medalla təltif edildi.Şagirdlərimiz FMO Riyaziyyat üzrə beynəlxalq olimpiadanın 2-ci mərhələsinə Vyetnamın paytaxtı Hanoy şəhərində iştirak üçün vəsiqə qazandılar.Şagirdlərimizə və onların sinif rəhbəri Məmmədova Mədinə müəllimə işlərində daim uğurlar arzulayırıq.