Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim !

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim !
Tədbirlər Planı çərçivəsində məktəbdə əlamətdar günlərdən olan,xalqımız üçün fəxr və qürur mənbəyi, igidlərimizin qanları , canları bahasına qoruduqları 9 Noyabr Bayraq Günüdür.8 Noyabr
Zəfər Günü və 9 Noyabr Bayraq Günü münasibəti ilə 05.11.2022-ci il tarixində məktəbin akt zalında tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova,5"e" sinif rəhbəri Camalova Nüşabə, 5"f"sinif rəhbəri Məmmədova Şəfəq və VMA-nın sədri Şükürova Natavan xanımın yüksək təşkilatçılığı ilə maraqlı tədbir təşkil olundu.Tədbir V siniflərin mahnı,şeir, rəqs nümunələrindən,bununla yanaşı digər yuxarı sinif şagirdlərinin çıxışlarından ibarət idi.Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.Sonda məktəbin direktoru Elnur müəllim öz təbrik və ürək sözlərini gələn qonaqlara və iştirakçılara çatdırdı.
Tədbirin təşkil olunmasında xüsusi ilə əməyi keçən V"e" və V"f" sinif rəhbərlərinə təşəkkür edirik.