Zəfər Günü qeyd olundu

Zəfər Günü qeyd olundu
05.11.2022-ci il tarixində Gülməmmədova Tahirə müəllimin rəhbərliyi ilə 4"f" sinfində Zəfər Gününə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə əvvəlcə dövlət himni səslənib, daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən məktəbimizin direktoru Elnur Hüseynov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun rəşadəti nəticəsində Zəfərə nail olunmasından geniş bəhs etdi.
Tədbir şagird və müəllimlərin hazırladığı konsert proqramı və səhnəciklərlə başa çatdı.