18 oktyabr Müstəqilliyin Bərpası Günüdür

18 oktyabr Müstəqilliyin Bərpası Günüdür
18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.
Bu gün münasibəti ilə məktəbin tarix müəllimi Quliyeva Cəmilə 6"d" sinif şagirdlərinə xüsusi dərs keçirdi. Dərs zamanı müəllim ilk öncə 18 Oktyabr Müstəqilliyin Bərpası Günü barədə şagirdlərə məlumat verib,slaydlar göstərdi.Daha sonra şagirdlər də keçilən mövzu ilə bağlı öz biliklərini və məlumatlarını müzakirə üsulu ilə qarşılıqlı olaraq paylaşdılar.