Yol hərəkəti qaydalarını birlikdə öyrənək!

Yol hərəkəti qaydalarını birlikdə öyrənək!
"Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2022-2023-cü il üçün məktəbin fəaliyyət planının icrası məqsədi ilə 2"e" sinfində Fizzə Hüseynovanın təşkilatçılığı ilə 18.10.2022-ci ildə "Yol hərəkəti qaydalarını birlikdə öyrənək" adlı sinif təşkilat saatı keçirildi.
Məqsəd şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması, yol hərəkəti qaydalarını öyrətməkdir. Sinif təşkilat saatında şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirdilər.