“Əziz Şuşa, sən azadsan!” mövzusunda keçirilən inşa müsabiqəsinin məktəbdaxili mərhələsinə yekun vurulmuşdur

“Şuşa İli” elan edilməsinə dair dövlət başçısının 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli, F-562 nömrəli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda keçirilən inşa müsabiqəsinin məktəbdaxili mərhələsinə yekun vurulmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə keçirilən toplantıda ən yaxşı inşa seçilərək müzakirə olundu. Məktəbin IX "a" sinif şagirdi Abbasova Gözəl məktəb üzrə qalib seçilərək növbəti mərhələdə iştirak hüququ qazandı.