27 sentyabr - "Anım Günü"nə həsr olunmuş oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirildi

27 sentyabr - "Anım Günü"nə həsr olunmuş oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirildi.

30.09.2022-ci il tarixində 290 nömrəli tam orta məktəbin idman zalında Suraxanı rayon Gənclər və İdman İdarəsi və 290 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə 27 sentyabr - "Anım Günü"nə həsr olunmuş oğlanlar arasında basketbol idman növü üzrə turnir keçirilmişdir. Turnirdə Suraxanı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov və 290 nömrəli tam orta məktəbin direktor əvəzi Axirə xanım Məmmədova iştirak etmişdilər.

Yarışın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilməsi ilə yarişa start verilmişdir.

Gərgin və maraqlı keçən yarışda məktəbimizin komandası I yeri tutduğuna görə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi