Cadenza orkestri məktəbimizdə

29.09.2022-ci il tarixində Cadenza orkestri məktəbimizdə interaktiv konsert-görüş ilə çıxış etdi. Görüş zamanı şagirdlərlə musiqi barədə maraqlı disskusiya aparılmış,musiqi alətləri haqqında qısa məlumat verərək, onlarla ilk dəfə tanış olan şagirdlərdə musiqi ifaçılığı barədə ilkin təəssüratlarını formalaşdırmışlar.Tədbir zamanı ifa olunan əsərlər balaca dostlar tərəfindən böyük maraq və xoş həyəcanla qarşılandı.

Qeyd edək ki, Azərbaycan musiqisi və ictimaiyyətinə xidmət etməyi özü üçün məqsəd qoyan Cadenza orkestri ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər, təhsil müəssisələrində təhsilin bütün pillələrinə uyğun tədbirlər təşkil etməyi nəzərdə tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi