Şəhidlər Ölməz, Vətən Bölünməz!

Şəhidlər Ölməz, Vətən Bölünməz!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli, F-429 nömrəli əmri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli, F-191 nömrəli əmrinə və məktəin tədbirlər planına uyğun olaraq 27 sentyabr “Anım Günü” ilə əlaqədar tədbirlər keçirilir. Məqsəd, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad etmək və heç bir zaman unutmamaqdır. Bu gün Respublikanın hər bölgəsində "Anım Günü" ilə əlaqədar olaraq, Vətən müharibəsinin ikinci ildönümü qeyd edildi. Məktəbin tarix müəllimi Əkbərova Könül 6"b" sinif şagirdləri ilə Vətən uğrunda canından keçən şəhidləri hörmət və ehtiramla anıb şəhidlərimizə həsr olunmuş şeir və musiqilər səsləndirdilər.