27 sentyabr Anım Günüdür!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli, F-429 nömrəli əmri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli, F-191 nömrəli əmrinə və məktəin tədbirlər planına uyğun olaraq 27 sentyabr “Anım Günü” ilə əlaqədar tədbirlər keçirilir. Məqsəd, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad etmək və heç bir zaman unutmamaqdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər. Məktəbin direktoru Elnur Hüseynov çıxışında bildirdi ki, iki il bundan öncə 27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlanmışdır. 44- gün ərzində torpaqlarımız qarış-qarış düşməndən azad olundu. Şagirdlər şəhidlər haqqında, rəşadətli ordumuz haqqında şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi