Valideyn iclası

Valideyn iclası

Məktəbin akt zalında XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşün əsas məqsədi şagirdlərin dərsə davamiyyəti idi. Həmçinin şagirdlərin dərslərə hazırlığı, təlim nailiyyətlərinin səviyyəsi də ətraflı müzakirə edildi. Valideynlərlə geniş fikir mübadiləsi göstərdi ki, yalnız məktəb-valideyn icmasının sıx əlaqəsi, problemlərə həssas yanaşma şagirdlərin qarşıdakı buraxılış və qəbul imtahanları gedişində yüksək nəticə əldə etmələrinə kömək ola bilər.Məktəbin direktoru Elnur Hüseynov valideynlərlə görüşdə bir daha bildirdi ki, XI siniflərin səmərəli və yüksək təlim nəticələri əldə etmələri istiqamətində görüləcək işlər pedaqoji heyətinin qarşısında duran başlıca vəzifədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi