15 sentyabr "Bilik Günüdür"

15 sentyabr "Bilik Günüdür"
15 sentyabr 2022-ci il tarixində ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi 275 nömrəli məktəbdə də Bilik Günü qeyd edildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Məktəbin direktoru Elnur Hüseynov məktəbə ilk dəfə qədəm qoyan birinciləri və valideynlərini salamladı və qeyd etdi ki, çox təəssüf olsun ki, bu il ilk dərslərimiz mənfur düşmənlərimizin təxribatı nəticəsində igid övladlarımızın şəhid olmasına təsadüf etdi. Lakin, biz ruhdan düşmürük, düşmənlərimizin layiqli cavablarını vermişik və verəcəyik. Sonra şagirdlər siniflərə yerləşdirildi.
15 sentyabr 2022-ci il tarixində ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr edildi.