Pedaqoji Şuranın ilk iclası keçirilib

Pedaqoji Şuranın ilk iclası keçirilib

13.09.2022-ci il tarixində 2022-2023-cü tədris ilinin ilk Pedaqoji Şura İclası keçirilib. İclası giriş sözü ilə açan məktəb rəhbərliyi ilk olaraq ötən gün Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatlar nəticəsində şəhid olan, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğurunda canını qurban vermiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra müavinlər gündəlikdə dayanan məsələlərlə iclas iştirakçılarını tanış edib, ötən tədris ilinin yekunları, 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr barədə hesabatı təqdim etdi. Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavinlərinin çıxışları dinlənildi .

İslasda təmayül siniflərin yaradılması, BSQ lərin təşkili, cari tədris ilində qarşıda dayanan əsas prioritet məsələlər və s. barədə müzakirələr aparılıb, müvafiq qərarlar çıxarıldı.

MİQ imtahanlarında uğur qazanan, işə qəbul olunan müəllimlər pedaqoji kollektivə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi