Əziz Şuşa,Sən Azadsan!

Əziz Şuşa,Sən Azadsan!

10.06.2022-ci il tarixində məktəbimizdə Azərbaycanın dilbər guşəsi,44 günlük müharibənin qələbə simvoluna çevrilmiş Şuşaya həsr olunmuş tədbir təşkil olundu.

Şuşa! Qarabağın incisi,mədəniyyət mərkəzimiz.Neçə- neçə dahi şəxsiyyətlər bəxş edən vətənimizin döyünən ürəyi! Sən artıq azadsan,sən bizimsən Şuşa, rahat uyu Bülbül,rahat uyu Vaqif,Natavan!Artıq düşmən tapdağı altında yarılmayacaq bağrın! Azərbaycanın mərd oğulları hesabına bu gün biz bu qələbəmizi qeyd edirik.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Şuşanın Azərbaycanın tacı olması təkcə onun gözəlliyi və təbiəti ilə deyil. Şuşada uzun illər Azərbaycanın böyük ziyalıları cəmləşib və yaşayıblar.Dahi Üzeyir Hacıbəyli də orada ilk tamaşaları görəndən sonra teatra marağı çoxalıb. Şuşa dahilərini, ziyalılarını saymaqla qurtarmaq olmaz. Onlar Azərbaycanın ədəbiyyatına, incəsənətinə, tarixinə, ictimaiyyətinə, siyasətinə çox böyük simalar bəxş ediblər.

Ulu Öndər Heydər Əliyev də Şuşanın tarixinə onun daşıdığı maddi və mənəvi dəyərlərə önəm verirdi.Məhz onun təşəbbüsü ilə Şuşa 1977 ci ildə Şuşa tarixi memarlıq qoruğuna çevrildi. Şuşanın tarixi şəxsiyyətlərinin heykəlləri ucaldıldı.Ali baş Komandan İlham Əliyev də Şuşanın dirçəlişinə tərəqqisinə abadlaşdırılmasına xüsusi diqqət və qayğı göstərir.Beynəlxalq əhəmiyyətli tədbirlərin məhz Şuşada keçirilməsi bunun bariz nümunəsidir.Şuşa zəfərimizin baş tacıdır.

Bu məqsədlə məktəbimizin musiqi müəllimi Xanım Qafarova,Tərbiyə işləri üzrə direktor müavini Afaq Səfərova,Təlim tərbiyə işləri üzrə direktor müavini Aynurə Məmmədova və UBTR Xədicə İsayevanın birgə təşkilatçılığı il Şuşa ilinə həsr olunmuş festival təşkil olundu.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndəliyindən Sevinc Ağayeva ,Suraxanı rayon Yeni Azərbaycan Partiyası nümayəndəliyindən isə Kürsüm Həsənova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi