Sudan səmərəli istifadə qaydaları

Sudan səmərəli istifadə qaydaları
Bizə məlumdur ki, yer kürəsində 16 milyard km3-dan çox su vardır.Bu rəqəm planetin kütləsinin 0,25%-ni təşkil edir. İnsan cəmiyyətinin inkişafı təbii ehtiyatlardan səmərəli istifadə olunmasından asılıdır. Təbii ehtiyatlar içərisində yeraltı və yerüstü sular insan cəmiyyətinin inkişafında əsas rol oynayır. Ona görə də su ehtiyatlarından kompleks və daha səmərəli istifadə olunması zərurəti yaranır. Su ehtiyatlarından kompleks və səmərəli istifadəsi onların tükənməsinə qarşı tədbirlərin görülməsi, çirklənmədən mühafizə edilməsi məsələləri ilə üzvi bağlıdır.Bu məqsədlə Quliyeva Natella müəllimə həyat bilgisi fənnini məktəbin həyətyanı sahəsində keçərək şagirdlərə ətraf mühütə qarşı həmişə diqqətli olmağa çağırdı.Çünki təbiətin bizə bəxş etdiyi suyu da həmişə qənaətli istifadə etmək lazımdır.