Tarixinə Sahib Çıxan Xalq Məğlubedilməzdir

Tarixinə Sahib Çıxan Xalq Məğlubedilməzdir
27.20. 2022-ci ili tarixində Quba “Soyqırımı Memorial Kompleksi” ilə birgə 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda tədbir keçirildi.
Tədbiri məktəbin direktoru Elnur Hüseynov açaraq bildirdi ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olub.
Sonra “Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Kompleksin yaranması, onun strukturu, ziyarətə gələnlər, həyata keçirilən layihələr haqda ətraflı məlum verdi.
“Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin və AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosnet tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin yaranması zərurətindən, azərbaycanlılara qarşı törədilən soyqırımından, Azərbaycan hökümətinin Fövqəladə Təhqiqat Komissiyası yaradılması haqqında qərarından bəhs etdi. Daha sonra məktəbin VIII sinif şagirdləri (“Bakıda törədilən qırğınlar”, “Şamaxı Soyqırımı”, “Quba Qətliamı”, və “XX əsrin sonlarında törədilən soyqırımlar”mövzusunda çıxış və təqdimatlar etdilər. Tədbirdə 5"b" sinif şagirdləri "Cumhuriyyət nəğməsi"ni söylədilər.
Sonda “Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova tədbirin təşkilinə görə məktəbin direktoru Elnur Hüseynovu və çıxış edən şagirdləri təşəkkürnamə və sertifikatlarla təltif etdi.