28 May Müstəqillik Günüdür

28 May Müstəqillik Günüdür
27.05.2022-ci il tarixində Abulova Şəfiqə müəllimin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlandı. Aparıcılar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,əraziləri haqqında ətraflı məlumat verdilər. Onlar qeyd etdilər ki, 28 May Müstəqillik Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı 28 may 1918-ci ildə öz arzusuna çatmışdır. Məhz həmin tarixdə Şərqdə ilk dəfə olaraq, demokratik müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir.Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılarını ifa etdilər. Sonda məktəbin direktoru Elnur Hwseynov çıxış etdi. O bildirdi ki, bu gün bizim üçün müqəddəsdir, çünki bu gündə Azərbaycan müstəqil olmuş, dünya ölkələri içərisində imzası olduğunu göstərmişdir.