Zooloji Parka ekskursiya

Bakı Zooloji Parka ekskursiya
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə: Təbiəti qoruyanlar" adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanmışdır.Tədbirlər planında şagirdlərin ekskursiyalarının təşkil edilməsi də nəzərdə tutulmuşdur. Heyvanlara qulluq və onlara düzgün münasibətin formalaşdırılması üçün 8"f" sinif şagirdlərinin Qarayeva Zülfiyyə müəllimin rəhbərliyi ilə Bakı Zooloji Parkına ekskursiyası əhəmiyyətli olmuşdur.