Yeniyetmə yaş qrupuna daxil olan şagirdlər ilə “Gender əsaslı zorakılıqla mübarizə” adlı görüş təşkil olundu

Yeniyetmə yaş qrupuna daxil olan şagirdlər ilə "Gender əsaslı zorakılıqla mübarizə"adlı görüş təşkil olundu
Görüşdə yeniyetmə şagirdlərin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları problemlərin həlli istiqamətində maarifləndirmə xarakterli söhbətlər aparıldı. Şagirdlər yaş xüsusiyyətlərindən və valideynlərlə münasibətlərində yaranan problemlərdən, həmçinin bu problemlərin həlli yollarından bəhs etdilər.Məktəbimizin psixoloqları Aysel Novruzova və Səmra Baqiyeva tərəfindən şagirdlərimizə mövzu ilə bağlı ətraflı məlumat verildi və onlarla praktik məşğələlər keçirildi.Şagirdlər bu yaş qrupunda orqanizmlərində baş verən anatomik-fizioloji dəyişikliklər barəsində yeni biliklərə yiyələndilər.Bu dövrdə şagirdlərin qidalanmalarına diqqət etmək lazım olduğunu, idmanla məşğul olmalarının sağlamlıqlarına nə kimi təsir edəcəyindən söhbət açıldı. Həmçinin zərərli vərdişlərin neqativ nəticələrindən bəhs olundu.