"Təbiəti qoruyanlar "adlı layihənin keçirilməsi davam edir

Məktəbimizdə Yaşıl layihə: "Təbiəti qoruyanlar "adlı layihənin keçirilməsi davam edir
Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən 2022-ci ilin aprel-dekabr aylarında Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihə həyata keçirilir. Layihənin həyata keçirilməsi üçün məktəbdə bir sıra tədbirlər təşkil olunmuşdur. Təbiəti qorumaq hər bir insanın başlıca vəzifəsi və borcudur. Vətənimizin zəngin təbiəti, fauna və florasını qorumaq məhz bizim vətəndaşlıq borcumuzdur. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana təbiətinin keşiyində dayanmalıdır.
Bütün bunları nəzərə alaraq 2"b" sinif şagirdləri sinif rəhbərləri Məmmədova Mədinə müəllimə ilə birlikdə "Hərəyə bir ağac əkək" devizi altında məktəbin həyətyanı sahəsinə müxtəlif ağaclar əkdilər.