12 MAY - Ümumdünya Tibb Bacıları Günüdür!

12 MAY - Ümumdünya Tibb Bacıları Günüdür!
Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Bugün də məktəbin 6 B sinfi sinif rəhbəri Günay Camalovanın iştirakı ilə Xətai rayonunda yerləşən 38 saylı Şəhər Poliklinikasına ekskursiya etdilər. Şagirdlər tibbi avadanlıqlarla yaxından tanış oldular. Həkim kollektivindən lazımi məlumatlar topladılar. Bu gəzintidə şagirdlər bu peşənin dəyərli olduğunu bir daha anladılar. Bu ekskursiya həmçinin Peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə şagirdlərdə həvəs yaratdı.