"Şuşa, sən azadsan!" adlı tədbir keçirildi

"Şuşa İli"nə həsr olunmuş "Şuşa, sən azadsan!" adlı tədbir keçirildi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. Tədbirlər Planına əsasən silsilə tədbirlərimiz davam edir.11.05.2022-ci il tarixində Qəhrəmanova Yavər müəllimə 2"a" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdi. Şagirdlərin Qarabağ mövzusunda söylədiyi şeirlər, ifa etdiyi mahnılar insanın ruhunu oxəayırdı.