Açıq havada "Bitkilərdə vegetativ çoxalma" mövzusunda dərs keçirildi

Açıq havada "Bitkilərdə vegetativ çoxalma" mövzusunda dərs keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı tədbirlər planının 12.1 bəndini rəhbər tutaraq məktəbin biologiya müəllimi Könül Səfərəliyeva 7"a" sinif şagirdləri ilə hava şəraitinə uyğun olaraq açıq havada "Bitkilərdə vegetativ çoxalma" mövzusunda dərs keçmişdir.

Məqsəd bitkilər aləminin müxtəlifliyinin müşahidə edilməsi idi. Şağirdlər tapşırığı yerinə yetirmək üçün ətrafda rast gəldikləri adi şam ağacının qonur, qırmızımtıl, yaşılımtıl-sarı qozalarını diqqətlə müşahidə etdilər. Və qonur qozaların hər pulcuğunda 2 ədəd toxumun olmasını və qanadcıqlı olmasını gördülər. Sonra örtülü toxumlu bitkilərin də nümayəndələri olan alma, heyva ağaclarını və qızılgülü müşahidə etdilər. Bitkilərdə çoxalmanı bir daha öz gözləri ilə gördülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi