Yaşıl sinifdə biologiya dərsi

Yaşıl sinifdə biologiya dərsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 28.04.2022-ci il tarixində məktəbin 7 "c" sinfində biologiya dərsi təşkil olunmuşdur. Biologiya müəllimi Dadaşova Fatimə tərəfindən tədris olunan dərs quşlarvə onların daxili və xarici orqanlarına həsr olunmuşdur. Quşlar, bədəni lələklə örtülmüş bir heyvan sinfidir. Daimi və yüksək bədən istiliyinə sahibdirlər və ilin istənilən vaxtında aktivdirlər. Uçma qabiliyyəti bu sinifin əksər üzvlərinə xasdır. Biologiya müəllimi Ddaşova Fatimə tərəfindən tədris olunan dərsin məqsədi şagirdlərin quşlar haqqında ətraflı bilik və bacarıqları əldə etməsi idi.