Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır

Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbirlər planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natiqə Şirəliyeva dərsi Ulu Öndərin həyat və yaradıcılığına həsr etdi.Müəllim Ulu Öndər, ümummilli lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin iş fəaliyyəti, onun dünya tarixində özünəməxsus yeri olduğu haqqında şagirdlərə məlumat verdi. Şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər.Dərsdə iştirak edən Təlim tərbiyə işləri üzrə direktor müavini A.Məmmədova Ulu öndərin fenomenal yaddaşı, natiqliyi, hərtərəfli dünyagörüşü, dünyanın mötəbər siyasətçiləri arasında nüfuzu, ümumiyyətlə, qeyri-adi, təkrarolunmaz xüsusiyyətləri haqqında şagirdləri məlumatlandırdı.