SURAXANI GƏMİ MUZEYİNƏ EKSKURSİYA TƏŞKİL OLUNDU

SURAXANI GƏMİ MUZEYİNƏ EKSKURSİYA TƏŞKİL OLUNDU.
Məktəbin 6 b sinif şagirdləri sinif rəhbəri Günay Camalovanın iştirakı ilə Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən Suraxanı Gəmi Muzeyinə səfər etdilər.
Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Şagirdlər kapitan və baş köməkçi tərəfindən qarşılandılar, heyət üzvləri və vəzifələri barədə məlumatlandırıldılar və maraqlı eksponatlarla tanış oldular.