"Milli Azərbaycan Tarixi Muzeyi"nə ekskursiya

Ekskursiyalar tədrisin elmi və praktiki xarakterini artırmağa,onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir. Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizin tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin öyrənilməsi,nümayişi və təbliği ilə məşğul olan elmi müəssisədir.Tariximizi daha dərindən öyrənmək məqsədilə 23.04.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Yavər Qəhrəmanovanın rəhbərliyi ilə 2"a" sinif şagirdləri Milli Azərbaycan Tarixi Muzeyində oldular.Bələdçinin köməyi ilə şagirdlər muzeydəki bütün eksponatlarla yaxından tanış oldular.