Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya

Məktəbimizdə fəaliyyət göstərən gənc ekoloqlar dərnəyinin rəhbəri Həsənova Humay müəllimə dərnək üzvlərini Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya apardı. Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala muzeyi ilə şagirdlər yaxından tanış oldular.Eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, yaşayış evləri,qədim əşyaları haqqında geniş məlumat əldə etdilər.Muzeyə ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarının maraqlı keçməsi və keçmişimizi unutdurmamaqdır.