Ekskursiya tipli dərs təşkil olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq kimya-biologiya fənn aylığı çərçivəsində nümunəvi dərslər davam edir.Səfərəliyeva Könül müəllimənin rəhbərliyi ilə 6"b" sinfində dərs açıq havada ekskursiya tipli təşkil olundu. Mövzu çiçəkli bitkilərdə tozlanma idi.Meyvənin əmələ gəlməsi üçün ən vacib proses tozlanmadır.Tozlanma iki cür olur: öz-özünə tozlanma və çarpaz tozlanma.Öz-özünə tozlanma eyni bitkilərdə olur.Çarpaz tozlanma isə külək,həşaratlar və süni şəkildə olur. Əyani şəkildə tozlanma prosesini görmək və öyrənmək şagirdlərin marağına səbəb oldu.