"Duyğu orqanları" mövzusunda nümunəvi dərs təşkil olundu.

Kimya- biologiya fənn aylığı çərçivəsində 14.04.2022 -ci il tarixində biologiya fənnini tədris edən Səfərəliyeva Könül müəllimənin rəhbərliyi ilə 8"ə" sinfində biologiya fənnindən "Duyğu orqanları" mövzusunda nümunəvi dərs təşkil olundu. Duyğu üzvləri orqanizmin xarici mühitdən aldığı fiziki və kimyəvi qıcıqları qəbul edən reseptorlardan, yəni eksteroseptorlardan ibarətdir. Duyğu üzvlərinə görmə, eşitmə, dad və qoxu üzvü və bir də ümumi hissiyatı qəbul edən dəri aiddir. Bu məqsədlə şagirdlər meyvə,tərəvəz və göyərtiləri duyğu üzvləri vasitəsilə tapdılar. Bu cür dərslərin təşkil olunması şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə xidmət edir. Dərs rəhbərlik tərəfindən izlənilib,yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi