“Şuşa İli” elan olunması ilə əlaqədar məktəbimizdə sərgi təşkil olundu
Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan olunması ilə əlaqədar məktəbimizdə sərgi təşkil olundu. Sərgidə nümayiş olunan əl işlərinə görə sinif rəhbərləri mükafatlandırıldı.