“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi

“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi davam edir.

Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayırlar.

İki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri iştirak edirlər.

Müsabiqənin şəhər mərhələsində şagirdlərin təqdim etdikləri gündəliklərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək. Bu məqsədlə aprelin 13- də 5 "d" sinif şagirdlərinin iştirakı ilə müsabiqənin məktəb mərhələsi ilə əlaqədar növbəti görüş təşkil olundu.Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi