12 Aprel – Beynəlxalq Aviasiya və Kosmonavtika Günü

12 Aprel – Beynəlxalq Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Səbinə Məmmədbəyovanın təşkilatçılığı ilə 2 "ç" sinfində tədbir keçirildi. Şagirdlər bu günün mahiyyəti, ilk kosmik uçuşun tarixi, planetlərin quruluşu, hərəkəti barədə məlumat verdilər. Tədbirdə 3D printerdə çıxarılmış şəkillər və şagirdlər tərəfindən hazırlanmış maketlər nümayiş olundu.