"Qatar oyunu"adlı bilik yarışı keçirildi

11.04.2022-ci il tarixində biologiya fənnini tədris edən Könül Səfərəliyevanın rəhbərliyi ilə 6"a"sinfində"Qatar oyunu"adlı bilik yarışı keçirildi.Şagirdlər qatar formasında düzülərək müəllimin onlara ünvanladığı suallara cavab verdilər.Sualın cavabını bilməyən şagird oyundan kənarlaşdırılırdı.Bu qayda ilə davam edən oyun İsazadə Malikin finala çıxması ilə bitdi.Bu cür təşkil olunan bilik oyunları şagirdlərdə fənnə olan marağı daha da artırır.