Böyük Zəfərimizin ilk qığılcımı olan Aprel döyüşləri

01.04.2022-ci il Qəhrəmanova Yavər müəllimənin rəhbərliyi ilə 2 "a" sinfində Aprel döyüşlərinin 6-cı ildönümünə həsr edilmiş tədbir keçirildi.Tədbir dövlət himnimizin səslənməsi ilə başlayıb,daha sonra Böyük Zəfərimizin ilk qığılcımı olan 4 günlük şərəfli Aprel döyüşlərindən bəhs edən video material təqdim olundu. Müxtəlif məzmunlu şagird təqdimatları məktəb rəhbərliyi tərəfindən dinlənildi.