I Uşaq Kitab Festivalı

02.04.2022-ci il tarixində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığ“ANAİB I Uşaq Kitab Festivalı” keçirildi. Bu gün həm də Beynəlxalq Uşaq Kitabı Gününə təsadüf edir. Məmmədova Mədinə müəllimənin rəhbərliyi ilə 2"b" sinif şagirdləri “ANAİB I Uşaq Kitab Festivalı” nda iştirak etdilər. Azərbaycanda ilk dəfə təşkil olunan Uşaq Kitab Festivalında şagirdlərimiz şair Zahid Xəlil, Mehriban Nağıyeva, Suat Turqut, Bəhram Bağırzadə və digər tanınmış şəxslərlə görüşüb, kitablar aldılar.Festival uşaqların kitaba olan marağını bir daha artırdı.