Bilik günü qeyd edildi
Bu gün Azərbaycanda “Bilik Günü” qeyd edilir. Bilik günü məktəb həyatına qədəm qoyan birincilər üçün səbirsizliklə və həyəcanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür.
Bu gün məktəbimizdə “Bilik günü” qeyd edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Məktəbin direktoru Səfa Xəlilov, YAP-ın Qaradağ rayon təşkilatının sədri ,siyasi şuranın üzvü və millət vəkili Aydın Hüseynov, Müşfiqabad qəsəbəsinin qəsəbə nümayəndəsi Coşqun Bayramov məktəbə ilk qədəm qoyan körpə balalarımızı təbrik edərək onlara dərslərində uğurlar arzuladılar.
Sonra isə şagirdlərimizin ifasında musiqi nəğmələri səsləndirildi, rəqslər nümayiş edildi. Birincilərin ilk zəng sədaları altında şagirdlər yeni dərs ilinə başladılar.