IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

Fevralın 22-də məktəbimizdə IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İclasda məktəbimizin direktoru Səfa Xəlilov, təlim - tərbiyə işləri üzrə direktor müavini Fəxrəddin Hüseynov, təşkilati işlər üzrə direktor müavini Südabə Mədətova, IX siniflərin sinif rəhbərləri, fənn müəllimləri və valideynləri iştirak etdilər.

Şagirdlərin dərsə davamiyyəti, nizam-intizam qaydaları, təlim nəticələri, zəif nəticə göstərən şagirdlərin dərsdən sonra əlavə dərslərdə iştirak etməsindən söhbət aparıldı. Sonra isə çətin tərbiyə olunan şagirdlərin valideynlərinə müəllim-şagird-valideyn üçbucağının düzgün qurulması tövsiyə olundu. Şagirdlərin peşə məktəblərinə və Kolleclərə qəbulu ilə bağlı valideynlər təlimatlandırıldı. IX siniflərin sinif rəhbərlərinin hər biri sinif şagirdləri haqqında ətraflı məlumat verdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi