Ana dilimizi sevək və sevdirək!

Ana dili hər bir millətin varlığının, mövcudluğunun sübutudur. Ana laylasıyla ruhumuza hopan bu dil mənəviyyatımıza saflıq, zənginlik bəxş edir.

Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Mirzəyeva “Ana dilimizi sevək və sevdirək” başlığı altında tədbir keçirdi.

Tədbirdə əsas məqsəd Azərbaycan dilinin gözəlliyini, zənginliyini şagirdlərə nəzərinə çatdırmaq idi. Nigar müəllimə dilimizin əhəmiyyətindən danışaraq şagirdləri öz ana dilimizi qorumağa, sevməyə və dəyərləndirməyə çağırdı.Tədbirdə şagirdlərin ifasında maraqlı şeirlər səsləndi, musiqilər ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi