Həmkarlar İttifaqı Təşkilatının seçki yığıncağı keçirildi

 Məktəbimizdə Həmkarlar İttifaqı Təşkilatının seçki yığıncağı keçirildi. İclasda Qaradağ rayon Həmkarlar Komitəsinin sədri Zümrüd Rzayeva, məktəbimizin direktoru Səfa Xəlilov və məktəb kollektivi iştirak etdi. İclas Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Həmkarlar İttifaqının sədr müavini Zenfira Əliyeva iclası açıq elan etdi və gələn qonaqları salamladı. Daha sonra 2017-2020-ci ilin fevral ayına qədər görülən işlərin hesabatını iclas iştirakçılarına təqdim etdi. Məktəb kollektivinin səsverməsi ilə Həmkarlar İttifaqının yeni rəyasət heyəti seçildi.

  1.  Əliyeva Zenfira Həbib qızı - müavin
  2. Əliyeva Zenfira Həbib qızı - əmək və sosial müdafiə komitəsinin komissiyasının sədri.
  3. Əhmədova Zülfiyyə Cavanşir qızı - Təşkilati kütləvi iş komissiyasının sədri.
  4. Rəhimova Mehriban Məmmədşah qızı - Gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın sədri.
  5. Cəbrayılova Rəsmiyyə Qnyaz qızı - Əməyin mühafizə komissiyasının sədri.
  6. Adıgözəlov Alim Əmirxan oğlu - Mədəni kütləvi və idman işləri komissiyasının sədri.

3 nəfər təştiş komissiyası : Ülfət Qasımova, Alim Adıgözəlov və Ramin Həsənov seçildi.

Sonda isə yeni seçilmiş rəyasət heyətləri Həmkarlar İttifaqının yeni sədri Əliyev Sədi Nəriman oğlunu təyin etdilər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi