"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"və"Yeni il"bayramına həsr olunmuş tədbir

      Dekabrın 28-də 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”və“Yeni il”bayramı ilə əlaqədar şənlik keçirildi. 
   Şənlikdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.Tədbir şagirdlərin ifasında musiqi ilə başlandı.Şagirdlər rəqslər, bayram əhval - ruhiyyəli şeirlər səsləndirdilər.Yeni il şənliyinin əsas atributları olan şam ağacı,Şaxta baba və Qar qız obrazı da şənlikdə öz yerini almışdı.Bayram şənliyi olduqca maraqlı və şən keçdi.Uzun müddət əziz birincilərin yaddaşında dərin iz qoyacaq bayram tədbiri böyüklər tərəfindən də maraqla izlənildi.Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Raya Həşimova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qonaqları təbrik edərək bu əlamətdar günün əhəmiyyətindən söz açdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi