Şəhidlər ölməz, Vətən bölünməz !

Bu gün oktyabrın 8-i şəhid Səbuhi Əsədov Azər oğlunun şəhidlik zirvəsinə ucalmasının 3-cü ildönümü münasibəti ilə müəllim kollektivi və ibtidai sinif müəllimi Vüsalə Hüseynovanın rəhbərliyi ilə şəhidin adını daşıyan məktəbin 3d sinfinin şagirdləri Suraxanı rayon Bülbülə qəsəbəsində “Şəhidlər Xiyabanı” nı ziyarət ediblər.

   Səbuhi Əsədov Azər oğlu 19.01.1999-cu ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı şəhəri Suraxanı rayon 85 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib və  2016-cı ildə həmin məktəbin məzunu olub. 2019-cu ildə hərbi xidmətə çağırılıb. 2020-ci il Zəfərlə nəticələnmiş Qarabağ savaşında, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlanan haqq savaşında Səbuhi də cəbhəyə yollanıb. Cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılıb. Əsl qəhrəman kimi erməni işğalçılarının müqəddəs torpaqlarımızdan qovulmasında fəal iştirak edib. 08.10.2020-ci ildə Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.

   Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən  ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü" , "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Xatirəsinə bulaq inşa edilib. Şəhid Səbuhi Əsədov Azər oğlu eyni zamanda məktəbimizin laborantı Vüsalə Safiyeva Azər qızının qardaşıdır.

Allah nur üzlü, say-seçmə Şəhidlərimizə rəhmət eləsin! Onların uğrunda şirin canlarından keçdiyi Ərlər yurdu Azərbaycan daim çiçəklənən xoşbəxt bir ölkə olaraq əbədi yaşayacaq! Ruhu şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi