I.N.S.P.I.R.E. və Peşəyə doğru yol layihəsi

       Hal- hazırda mühüm məqsədlərdən biri təhsil sahəsində müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Son illər bu sahənin inkişafında “eTwinning Plus” layihəsinin xüsusi rolu vardır. Layihələr çərçivəsində azərbaycanlı müəllim və şagirdlər Avropadan olan iştirakçılar ilə təcrübə və fikir mübadiləsi aparmaq, ortaq dərslər keçmək, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək imkanı əldə edirlər. Həmçinin, layihə iştirakçıları XXI əsr bacarıqlarının artırılması istiqamətində davamlı olaraq keçirilən beynəlxalq səviyyəli təlim, vebinar və müsabiqələrdə iştirak edirlər.

Cari il üzrə məktəbimizin VIII sinif şagirdləri Cəfərli Ömər, Mikayıllı Gülarə, Zaxarova Elina, Şahgəldiyev Polad, Kərimov Nicat, Babayeva Xədicə, Manafov Rəsul, Cəbrayıl Ayan, Əlizadə Fatimə, Ağaquliyev Cavidan, Heydərova Zəhra  mövcud iki eTwinning layihəsində - "TITAN'S RESEARCHERS" və " IT IS TIME TO RECYCLE AND BE DIGITAL" layihələrində fəal iştirak ediblər. Layihələrin ortaq iştirakçı ölkələri Türkiyə, Rumıniya, Portuqaliya, Albaniya, İordaniya, Moldova, Tunisdir. Layihələr şagirdlərin Web3 tədbiqləri ilə tanışlığını, süni intellekt, Metaverse və 3D qurğuları ilə iş bacarıqlarını və xarici dil bacarıqlarının artırılmsında böyük rol oynayıb.

Bu günlərdə məktəbimiz keçən il iştirakçisi olduğu  I.N.S.P.I.R.E.  və  Peşəyə doğru yol layihəsi üzrə Avropa Keyfiyyət Nişanına layiq görülüb. Layihələrin həyata keçirilməsində müstəsna rolu olan beynəlxalq dərəcəli ingilis dili müəllimimiz Aytən Cəfərovaya və şagirdlərimizə bundan sonra da bol-bol nailiyyətlər arzulayırq. Növbəti keyfiyyət nişanlarının sayını artırmaq naminə uğurlarımız davamlı olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi