"Son zəng" tədbiri keçirilib

Məktəb illəri insan ömrünün ən gözəl və qayğısız çağlarıdır. Bu duyğulu və qayğısız günlərin birləşdiyi məktəb illəri “Son zəng” sədaları altında bitir.

İyunun 14-də məktəbimizdə “Son zəng” günü qeyd edilib.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb, daha sonra məktəb direktoru Səbinə Qasımova tədbiri açıq elan edib. Məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilib. Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş şagirdlərə Fəxri fərman və diplomlar verilib.

Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi